SON DƏQİQƏ
» » İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklər

İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklər

Tarix:

16-04-2024, 21:00

/ 4 684 dəfə oxundu.
İrana qarşı yeni sanksiyalar tətbiq edəcəklər

Ağ Ev Tehranın İsrailə hücumu fonunda yaxın günlərdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
GunAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen Vaşinqtonda keçirdiyi mətbuat konfransında danışıb.
“Sanksiyalar baxımından yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyimizi gözləyirəm. Tətbiq etmək niyyətində olduğumuz sanksiyalar barədə əvvəlcədən danışmırıq”, - deyə nazir bildirib.
Qeyd edək ki, aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ