SON DƏQİQƏ

İrana yeni sanksiyalar tətbiq olunub

Tarix:

7-07-2022, 12:35

/ 1 712 dəfə oxundu.
İrana yeni sanksiyalar tətbiq olunub

İyunun 7-də ABŞ-ın Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini bildirib.

2 hüquqi şəxs, 13 şirkət və neft daşıyan 2 tankerin adı sanksiyalar siyahısına əlavə edilib. ABŞ-ın Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, sanksiyaya məruz qalan şirkətlər və hüquqi şəxslər İran neftini qanunsuz yollarla Şərqi Asiya dövlətlərinə satıblar.

Rəsmi Tehran həmişə olduğu kimi, bu dəfə də tətbiq olunan sanksiyaları beynəlxalq hüquqa zidd hesab edir və bildirir ki, bu addımlar ABŞ-ın İrana qarşı düşmənçilik siyasəti aparmasının bariz nümunəsidir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ