SON DƏQİQƏ
» » Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

Tarix:

16-03-2024, 17:29

/ 2 996 dəfə oxundu.
Gürcüstanın baş nazirinin Azərbaycana səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycan Respublikasına rəsmi səfəri martın 16-da başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir İrakli Kobaxidzeni Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola saldılar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ