SON DƏQİQƏ
» » Bu tarixdə metrodan istifadə edənlərin NƏZƏRİNƏ

Bu tarixdə metrodan istifadə edənlərin NƏZƏRİNƏ

Tarix:

5-03-2024, 14:28

/ 3 928 dəfə oxundu.
Bu tarixdə metrodan istifadə edənlərin NƏZƏRİNƏ

“Qarabağ” Bakıda Almaniyanın "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununun gec saatlarda başlaması ilə əlaqədar Bakı Metropoliteni QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Bu barədə Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.
Metropolitenin iş rejimində müvafiq dəyişiklik edib. Bakı metropoliteni martın 8-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” -“Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ