SON DƏQİQƏ

“Qarabağ”dan möhəşəm qələbə

Tarix:

21-09-2023, 22:46

/ 3 265 dəfə oxundu.
“Qarabağ”dan möhəşəm qələbə

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.
GunAz.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.
Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.
Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.
22:00
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.
GunAz.az xəbər verir ki, ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.
20:45
“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.
GunAz.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.
Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi dəqiqəlik sükutla yad edilib.
Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ