SON DƏQİQƏ

Xocalı.....

Tarix:

26-02-2024, 16:22

/ 3 609 dəfə oxundu.
Xocalı.....

Nə çəkilən filmlər...nə yazlan şeirlər...
Anlada bilməz səni....
Danışa  bilməz kimsə   o gecənin dərdini....
Özün boyda məzarsan... özün boyda ağrısan....
Sinəmizdə göynəyən  ən ağrılı yarasan...
Xocalı....
  Kim yaza bilər o gün  güllədən perik düşən quşların naləsini...?
 Hansı körpə oynayar yuvasından sökülən
körpə iniltisini...?
 O dərisi soyulan...o gözləri oyulan...
 Əllərinə  xına tək bala qanı qoyulan...
 Xəyalları bir gündə yüz yerindən dağılan ...
  O məsum körpələrin...o yazıq anaların..
  O sevgili qızların....
 Kim oynayar rolunu....!!!!????
  Kim yaza bilər axı bu   vəhşəti,oyunu...?
 Xocalı....
  O gecə boğazında düyün düşüb  haçandı...
  Sinən cadar-cadardı...əllərin qabar-qabar...
  Hamı ölüb qurtarıb....  ayaq üstə özünə
 Dip diri məzar qazar...
Kim sənə ağı deyər...kim sənə layla çalar?
Dilində nəğmə donub...gözlərində haraylar...
Xocalı....
  Evdə bir addım atıb o yorulan nənələr...
  Ürəyi nağıl dolu   körpələşən dədələr...
  Yollarda yorulanlar... meşələrdə bitənlər...
    Dəstə-dəstə ölənlər...    cərgə-cərgə itənlər...
"Vağzalısı " nalədən, gəlinliyi kəfəndən
 Əsir gedən gəlinlər...
 Yaddaşını hər gecə  didər ,yeyər,  silkələr...
Xocalı....
 Sən elə ağrısan ki...sən elə  dünyasan ki...
 Kimsə sirrini bilməz...kimsə  dərdini çözməz...
 Sənin o bir gecəni  min film çəkə bilməz!!!
 Ay təpədən dırnağa  özü boyda qəm yüküm...
Səni hansı yaddaşa ,hansı ağrıma büküm????
Sənə təsəlli kimi Təbrizimi göstərim?
İrəvandan ,Göyçədən, Şuşadanmı danışım?
 Yerdə yeri yandıran...Göydə göy-göy alışan...
  Ana dərdim...Can dərdim...
 Əyilən başım mənim...
  Səni necə unudum...səni necə gizlədim???
 Xocalı.....
Aləmzər Sadıqqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ