SON DƏQİQƏ

Silahı və qardaşı tut!

Tarix:

12-09-2023, 21:31

/ 6 285 dəfə oxundu.
Silahı və qardaşı tut!

Sadıq QARAYEV
Dünyanı riqqətə gətirən yeni əsgər məhfumu- AZƏRBAYCAN ƏSGƏRİ!
                                                     AND
And olsun doqquz iqlimli torpağa, Araz boyu ayrılığa, Kür selinə, Savalandan Şahdağa əl eyləyən mübarizlər elinə, dünya boyda əsarətdə Əlincə böyüklükdə azadlığa!
Bu Vətən cənnətin öz bənzərində...
Bir daşına dünya dəyməz,
Qiymətini yadlar bilməz!
And olsun Şərqdə ilk Demokratik Respublika quran Xalqın böyüklüyünə, ruhumuzu dirçəldən, tarix səsli himnə, Cümhuriyyət əsgərinin əbədi millət qeyrətinə, ilk şəhadətinə!
Milli ruhun odu sönməz,
Bir kərə yüksələn bayraq, bir daha enməz!
And olsun Gəlin qayasına, Xocalıdan ərşə qalxan ah- naləyə, üzərində donmuş uşaq,  qırmızı- bəyaz qara, qara rəngə, baş əyməyən, satılmayan, tikə- tikə doğrandıqca bütövləşən, qızıl rəngli qiymətləşən, damcı - damcı göyə düşən sahibsiz kölgələrə, naməlum qəhrəmanlara!
Bu xalq torpaq verməz,
Şəhidlər ölməz, Vətən bölünməz!
And olsun zabit yoldaşlarını qoruyan, düşmənin polkovnik, generalını boğan əsgərin əllərinə, yenə yoldaşlarından ötrü cismini qumbara üstə, ruhunu göylərə atan əsgərin üç rəngli əzəmətinə, iki yüzü yox edən birin öz- özünə heyrətinə, el- obaya özü təskinlik verən şəhid atasının yerdən- göyə qeyrətinə, vətən- oğul sevgisinə- iki aləmə bəyaz saçdan körpü salmış şəhid anasının gözlərində hər damlası vətən boyda, ümman- ümman qüruruna!
Səkkizguşəli ulduzlar heç zaman sönməz,
Şəhid ruhlu bayrağımız, ləkə götürməz!
Andı yaza bildiyim üçün çox şükür ALLAHA.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ