SON DƏQİQƏ

Ruhun şad olsun igidim

Tarix:

4-07-2022, 11:14

/ 2 347 dəfə oxundu.
Ruhun şad olsun igidim

Şərəfli Azərbaycan ordusu 44 gün ərzində xalqımızın torpaq namusunu, düşməni darmadağn edərək geri qaytardı. Bu şanlı qələbədə Naxçıvan Əlahəddə qoşun birliklərinində payı çox böyükdür. İgid əsgər Novruzlu Pərviz bu qanlı döyüşlərdə qəhrəmanca döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdəndir.

Şəhid Novruzlu Pərviz Qorxmaz oğlu 1997 ci ilin 15 oktyabrında Naxçıvan MR Şərur rayonunun Çərçiboğan kəndində doğulub. Ailədə iki bacı, iki qardaş olan Pərvizi nədənsə hamı çox istəyirdi. Pərviz orta məktəbi doğma kəndi Çərçiboğanda bitirdikdən sonra, kişilik borcunu vermək üçün əsgər gedir. (Elə kişi kimidə vətənə xidmət borcunu yerinə yetirirkən də şəhid olur). Əsgər olduğu dövrdə, komandirlərin diqqətini cəlb edən Pərviz özünündə israrı ilə, kəşfiyyat bölüyündə snayperçi vəzifəsinə yazılır. Vətən sevgisi, erməniyə nifrət hissi, Pərvizi ordu sıralarında qalmağa məcbur edir.

Pərvizin doğum gününə  bir neçə gün qalmış Vətən müharibəsi başlayır. Bütün igid əsgərlərimiz kimi bu müharibəni həvəslə gözləyən Pərviz və bölük yoldaşları Naxçıvandan Qarabağa gedəcəkləri günü səbirsizliklə gözləyirdirlər.

Nəhayət ki o, gün gəlib çatdı. Fizuli istiqamətindən döyüşə girən Pərvizgilin xüsusi təyinatlıları, Fizuli, Cəbrayıl, Qubadlı, Xocavənd və digər əraziləri erməni itlərindən təmizləyərək Şuşaya gedib çatdılar.

Şuşanı doyunca görə bilməyən, qələbə gününü uraa sədalarıyla qeyd edə bilməyən qəhrəman şəhidimiz Pərviz, elə qələbə günündə də qəhrəmancasına şəhid olur.

 İgid şəhidimiz Pərviz şəhadətindən sonra "Vətən uğrunda" "Fizuli uğrunda" "Cəbrayıl uğrunda" "Şuşa uğrunda" orden və medallar ilə təltif olunub.

Bütün şəhidlərimizin ruhu şad, qazilərimizin isə canları sağ olsun. Sizin borcunuz heç vaxt ödənməz.
 
Günaz.az-ın muxbiri  Nəsurullah Məmmədov
Ruhun şad olsun igidim
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ