SON DƏQİQƏ

Sürət qatarı niyə bu qədər gecikib?

Tarix:

29-01-2024, 10:54

/ 2 991 dəfə oxundu.
Sürət qatarı niyə bu qədər gecikib?

Bu gün Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olan elektrik qatarının 20 dəqiqə gecikməsi həqiqəti əks etdirmir.

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova məlumat verib.
O bildirib ki, qatar cəmi 4 dəqiqə dayanmaqla hərəkətini davam etdirib:
“Qatarın dayanmasına səbəb rabitə və işarəvermə qurğularında yaranan bir neçə dəqiqəlik nasazlıq olub. Belə ki, işıqfor 3-4 dəqiqə qırmızı işığı göstərdiyindən qatar dayanmalı olub. Cəmi 4 dəqiqə sonra isə hərəkətini davam etdirib”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ