SON DƏQİQƏ
» » Sumqayıt-Bakı sürət qatarında nasazlıq yarandı

Sumqayıt-Bakı sürət qatarında nasazlıq yarandı

Tarix:

13-12-2023, 09:55

/ 1 820 dəfə oxundu.
Sumqayıt-Bakı sürət qatarında nasazlıq yarandı

Bu gün saat 07:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqə gecikmə qeydə alınıb.

Bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb.
Məlumata görə, buna səbəb Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir.скачать dle 12.1

Şərhlər