SON DƏQİQƏ

Bakıda bu yollar 4 gün bağlı olacaq

Tarix:

22-12-2023, 11:45

/ 1 545 dəfə oxundu.
Bakıda bu yollar 4 gün bağlı olacaq

Bakının Yasamal rayonu Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işlərinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, təmir işlərinin 4 gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ