SON DƏQİQƏ

Diqqət: Bakıda bu yol bağlanır

Tarix:

26-07-2023, 15:13

/ 2 021 dəfə oxundu.
Diqqət: Bakıda bu yol bağlanır

Heydər Əliyev prospektinin 17.4-cü km-lik hissəsində, şəhər istiqamətində P tipli istiqamətverici lövhələrin quraşdırılması nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, lövhələrin quraşdırılması işləri bu axşam saat 22:00-dan səhər saat 05:00-dək aparılacaq.

Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
скачать dle 12.1

Şərhlər