SON DƏQİQƏ
» » Prezidentdən müavinətlərin artırılması barədə sərəncam

Prezidentdən müavinətlərin artırılması barədə sərəncam

Tarix:

14-12-2023, 14:39

/ 1 596 dəfə oxundu.
Prezidentdən müavinətlərin artırılması barədə sərəncam

Prezident İlham Əliyev “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

1. “Hərbi kadrlar hazırlayan təhsil müəssisələri kursantlarının müavinətlərinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 1789 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 11, maddə 978; 2008, № 6, maddə 496; 2010, № 7, maddə 684; 2014, № 11, maddə 1497; 2018, № 9, maddə 1859; 2022, № 3, maddə 240) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədən “Heydər Əliyev adına Hərbi İnstitutun,” sözləri çıxarılsın;
1.2. 2-ci hissədən “Heydər Əliyev adına Hərbi Liseyin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və” sözləri çıxarılsın.
2. Bu Sərəncam 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ