SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

7-07-2022, 19:16

/ 1 710 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. 

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1148; 2009, № 6, maddə 424; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521, № 11, maddə 2107; 2021, № 7, maddə 821; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3299 nömrəli Sərəncamı) 1-ci hissəsində "Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri "Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən "Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Özbəkistan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin”.

***

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 579 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 904; 2012, № 2, maddə 108; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 3, maddə 534; 2020, № 3, maddə 261) 1-ci hissəsində "Azərbaycan Respublikasının İqtisadiyyat naziri” sözləri "Azərbaycan Respublikasının xarici işlər naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən "Komissiya həmsədrinin müavini” və "Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Litva Respublikası tərəfinə müvafiq bildiriş göndərsin”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ