SON DƏQİQƏ

Ayazın AZAL-ı

Tarix:

29-11-2023, 23:06

/ 8 457 dəfə oxundu.
Ayazın AZAL-ı

Ədib İSAOĞLU
    Ayə bə ma niyə demirsiz AZAL aviaşirkətini Ayaz Əhmədov adlı növbə rəisi alıb. Mən bisavad da elə bilirəm Cahangir Əsgərovu AZAL-ın prezidenti vəzifəsindən azad edib, bu səlahiyyəti müvəqqəti də olsa vitse-prezident Samir Rzayevə həvalə ediblər. A, kişi sən demə məsələ başqa cürə imiş. Başıma bir qəzovü-qədər gəlməsəydi, mən biçarə elə beləcə də biləcəkmişəm ki, bəs AZAL-ın rəhbəri Samir Rzayev imiş. Bu vaqeənin necə baş verdiyini mən danışım, sizədə agah olsun.
    Bu yaxınlarda mən bəxtəvər də istədim AZAL-ın İranlılar demişkən "hava peyman"larından istifadə edim. Və üz tutdum  hava limanına. Adamın üstündə allah var elə aviakassaya yaxınlaşar-yaxınlaşmaz həmən qalxacaq "havapeymana" biletimi verdilər. Əlimdə də bir yol çantası, birdə nikolayı qundaqda, isgəndəri də taxta görmüş, sökük-salxax maşınıma aldığım arxa şüşə var idi. Axı qabaqdan qılınc kimi qış gəlir, mən necə idarə edə bilərəm şüşəsiz Türkiyəli abilər deməli arabamı. Onu da deyim ki, görməmişin oğlunun məsələsi bu binəva şüşəni o, qədər bələmişəm ki, dağdan dığirlat şüşənin burnu belə qanamaz. Uzun sözün qısası yaxınlaşdım qeydiyyat bölməsinə. Keşkə ayağım qırılardı yaxınlaşdığım yerdə. Qeydiyyat aparan məmurun yanında oturan qarından və yoğun səsdən bol olan, eynəyinin üstündən adama baxan yaraşıqlı digər beəməl saymazyana və amiranə səslə bağıraraq: "o şüşəni bura soxma", niyə, başına dönüm? "Onun yeri bura deyil apar ver karqoya". Nə qədər dil töksəmdə həmin bu bəstə boy səriştəsizi yola gətirə bilmədim. Onda şübhələndim ki, bu qaraşin oğlan yəqindir ki, bu obyektin sahibidir. Əlacsız qalıb üz tutdum karqo deyilən obyektə. Payi-piyadə, əlimdə 10 kq qədər yük  bəlkə də 1.5 km yol qət edəndən sonra yetişdim mənzilə. Sən demə bu karqo deyilən obyekt daha acınacaqlı vəziyyətdə imiş. İki saatlıq vaxtımın saat yarımınıda bu "kişilər" alandan sonra, yenə o, boyda yolu qayıtdım geri. Amma bu dəfə şüşəni qaytarmağa gücüm şatmadı eləcənə atıb ora qaçdım. Sən demə mənim jurnalist olduğumu bildiyi üçün Ayaz "kişi" mənə əcir vermək niyətində imiş və bunada nail oldu.
    P.S. Əziz və dəyərli AZAL rəhbərliyi, və AZAL-ın mətbuat xidməti, məlumdur ki, siz bu cür xoşagəlməz hadisələrə çox həssaslıqla yanaşırsınız. İnanıram ki, həmin məmur haqqında tədbirinizdə olacaq. Belə məmurlar sizin böyük nüfuza malik olan aviaşirkətinizə sadəcə olaraq zərbə vurur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ