SON DƏQİQƏ

İlham Əliyev sərəncam imzaladı

Tarix:

24-02-2022, 17:56

/ 2 518 dəfə oxundu.
İlham Əliyev sərəncam imzaladı

Samir Rzayev Azərbaycan Hava Yolları QSC-yə vitse-prezident təyin edilib.

Bu barədə AZAL -dan bildirilib.

Məlumata görə, AZAL-ın prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti şirkətin kollektivinə təqdim edib.

Samir Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

C. Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirib. Həmin universitetdə "Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

AZAL-ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ