SON DƏQİQƏ
» » Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər yolda qaldı

Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər yolda qaldı

Tarix:

22-11-2023, 10:31

/ 1 570 dəfə oxundu.
Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər yolda qaldı

Bu gün səhər saatlarında Bakıətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.

Saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.
Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət gözləməli olublar. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb.
Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıblar, həm də qatarda böyük sıxlıq yaşanıb.
Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən hələlik heç bir açıqlama verilməyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ