SON DƏQİQƏ
» » Ermənilərin Xankəndindəki əmlakları necə olacaq?

Ermənilərin Xankəndindəki əmlakları necə olacaq?

Tarix:

16-11-2023, 08:00

/ 2 126 dəfə oxundu.
Ermənilərin Xankəndindəki əmlakları necə olacaq?

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işğaldan azad olunmuş ərazilərdə ermənilərə məxsus heç nə yoxdur. Nə torpaq, nə də ev onların mülkiyyəti hesab olunur.

Bu sözlər vəkil Əkrəm Həsənov Qarabağdan köçən ermənilərin mülkiyyət hüquqlarından danışarkən deyib.

Onun sözlərinə görə, ermənilərin vaxtı ilə Qarabağda sahib olduğu bu əmlaklar müstəqil Azərbaycan Respublikasının qanunvericiliyi ilə əldə edilmədiyi üçün mülkiyyət hüquqları tanınmır:

“Ermənilər torpaq mülkiyyətinə malik deyillər. Çünki SSRİ dövründə torpağa mülkiyyət hüququ, ümumiyyətlə, yox idi. Torpağa mülkiyyət hüququ müstəqillik dövründə verilib. Deməli, heç bir erməni iddia edə bilməz ki, hansısa torpaq sahəsini alıb. Yalnız kimsə SSRİ-dən qalma sənədlə Xankəndi kimi şəhərdə mənzil sahibi olubsa və bunu sübut edə bilsə, onun mülkiyyət hüququ tanınacaq. Amma ehtimal etmirəm ki, belələri çoxdur. Onlar yəqin ki, bu sənədləri çoxdan tullayıblar. Əvəzində əllərində qondarma qurumun sənədləri var. Onu da biz heç bir beynəlxalq hüquqa görə tanımalı deyilik. Vətəndaşımız olmayan erməni SSRİ-dən qalma sənədlə mənzilə sahib olubsa, onun mülkiyyət hüququnu tanımalıyıq. Azərbaycanda çox insan var ki, vətəndaşımız deyil, başqa ölkənin nümayəndəsidir, lakin burada evi var”.

Vəkilin sözlərinə görə, ermənilər illər sonra istədiyi vaxt geri dönüb, vətəndaşlıq tələb edə bilməz:

“Onları heç bir halda Azərbaycan vətəndaşı kimi tanımaq öhdəliyimiz yoxdur. Yəni ermənilər digər millətlər kimi Azərbaycan vətəndaşlığına qəbul olunmaq üçün müraciət edə bilər. Amma vətəndaşlıqla bağlı qərar Azərbaycanın özünün səlahiyyətindədir. Kimə istəsə verəcək, kimə istəməsə yox. Hətta Gürcüstanda, yaxud digər bölgədə yaşayan azərbaycanlılara vətəndaşlıq vermirik. Elə isə niyə ermənilərə vətəndaşlıq verməliyik? Yəni verməyə də bilərik. Xüsusən də bizim ərazini öz istəkləri ilə tərk ediblərsə, bizim onlara vətəndaşlıq vermək öhdəliyimiz yoxdur. İndi bu məsələ siyasidir. Vətəndaşlıq verilsə də, bu, siyasi qərarla olacaq. Beynəlxalq hüquq isə bunu bizə məcbur etmir və zorla kiməsə vətəndaşlıq verməyimiz tələb oluna bilməz. Xüsusilə üstündən müddət keçəndən sonra kimsə gəlib vətəndaşlıq tələb edə bilməz. Nəzərə alın ki, onların çoxu Ermənistan vətəndaşıdır, əksəriyyətində Ermənistanın ümumvətəndaşlıq pasportu var. Çünki onlar bu pasportlarla xaricə səfər edirdilər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ