SON DƏQİQƏ
» » Qarabağda manatın tam tədavülə keçməsi təmin edilir

Qarabağda manatın tam tədavülə keçməsi təmin edilir

Tarix:

2-10-2023, 16:48

/ 1 552 dəfə oxundu.
Qarabağda manatın tam tədavülə keçməsi təmin edilir

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası çərçivəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.

скачать dle 12.1

Şərhlər