Rauf İLYASOĞLU
Respublika Nazirlər Kabineti taksi fəaliyyəti ilə əlaqər vergi ödənilməsi ilə bağlı bir qərara imza atıb .
Nəticədə 20 yanvar metro istiqamətindən Koroğlu metrosuna , eləcə də Koroğlu metrosu istiqamətdən Binə, Zabrat Mərdəkan və digər kəndlər istiqamətə gedən taksilər adamın birini əvvəllər 1 manata aparırdılarsa, noyabr ayının 1 - dən etibarən bu istiqamətlərə gediş qiymətini 2 - 3 manat civarında qaldırıblar.və sərnişinləri mənzil başına çatdırırlar.
Taksi sürücülərinin gediş qiymətlərini artırması sərnişinləri çox narahat edir.Sürücülər səbəbini Nazirlər kabinetinin imzaladığı düşünülməmiş qərarında görürlər.Axı avtobus və metrolarda gediş haqqı bir ilə yaxındır ki, qaldırılıb .Məgər dövlət pensiya və ya təqaüdü qaldırıb ki insanlar narazı olmasın.Axı 280 - 300 man civarında aylıq müavinət və ya təqaüd alan pensiyaçıları düşünən varmı?
Əgər düşünsəydilər Milli Məclisdə əndrabani qərarlar təstiq olunmazdı.
Deputat alsın 5 min manat, əlillik dərəcəsi ala bilməyən müharibə veteranları isə 80 manat?
Fərqə bir baxın.
İş tapa bilməyən gənclər kiminsə şəxsi evində və ya idarəsində fəhləcilik edib gündəlik dolanışığını təmin edirsə, sosial fonda 40 min manat pulu necə ödəsin li, 350 manat pensiya ala bilsin? Hansıki, 350 manat bir ailənin işlətdiyi qaz , su və işıq pulunu ödəməyə ancaq catırsa, bu qədər kasıb təbəqə necə dolansın?
Binə qəsəbəsi ilə Koroğlu metrosuna işləyən taksi sürücüsü Həsən Kərimov bildirdi ki, yollarda o qədər tıxac olur ki, aldığımız pullar ancaq benzinə gedir.
Dövlər gərək əmək haqqını, pensiyaları üç dəfə qaldırsın ki, insanlar rahat dolana bilsinlər.Onsuzda avtobuslara tıxacdan minmək olmur.
Avtobuslara və metrolara minmək dəhşətdir- deyən Sabirə Bağırova bildirdi ki,
Koroğlu metrosundan 250 min əhalisi olan Binə qəsəbəsinə 160 nömrəli tək bir avtobus işləyir.Hər avtobusun ara məsafəsi yəni intervalı 25 dəqiqədən birdir.
Bu qədər interval da sıxlığı səbəb olur.
Bakıda sıxlıq nədən yaranıb?
Rayon və kəndlərdə iş tapa bilməyən gənclər şəhərə axışıb gəlirlər.
Binə qəsəbəsinin əhalisinin 70 faizi cənub bölgəsindən gələn insanlardır.
Binə qəsəbəsində yaşayan müharibə veteranı , şəhid qardaşı Nədiş Dövlətov nəqliyyat xərclərinin baha olmasından gileylənərək dedi; Binə qəsəbəsindən Sədərək bazarına işləmək üçün gedib gəlməyim azı 10 manata başa gəlir.İş olanda 15- 20 manar qazanıram.Özüm müharibə veteranıyam.80 manat veteran pulunun ümidinə qalmışam.Bədənimdə qəlpə gəzdirirəm.
Aldığım pul dərmanlarıma da çatmır.
52 yaşım var.15 il gözləyəm ki pensiya alam.
Qalib xalqın övladları belə acınacaqlı vəziyyətində dolanmamalıdır axı .
Dövlət və hökumətimiz insan amilini ön plana çəkməklə yeni iş yerləri açmalı və əmək haqları və pensiyalar bir aylıq dolanışığımıza uyğun, normal vəziyyətdə qaldırmalıdır.
Hər il pensiyalar və əmək haqları 14 faiz civarında qaldırılır , amma yeyinti, qida və məişət məhsulları ,tikinti , yol və əsasən də kommunal xərcləri isə ceyran qaçışı ilə 100 faiz qalxıb.