SON DƏQİQƏ
» » Bakıda hansı avtobusda gediş haqqı qanunsuzdur? – Rəsmi

Bakıda hansı avtobusda gediş haqqı qanunsuzdur? – Rəsmi

Tarix:

17-06-2023, 10:51

/ 1 685 dəfə oxundu.
Bakıda hansı avtobusda gediş haqqı qanunsuzdur? – Rəsmi

Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-ə verilən açıqlamada Ayşən-LTD MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqının Tarif Şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edildiyi bildirilib.

"Bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - "Koroğlu” NMM və əks istiqamətdə gediş haqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) - Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 AZN-dir. Daşıyıcı da bu qərara əsasən avtobusun salonunda müvafiq məlumatları yerləşdirib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi hələ ki nağd formada həyata keçirilir//axar.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ