SON DƏQİQƏ

Bakı-Quba yolunun bu hissəsi bağlanır

Tarix:

29-09-2023, 18:00

/ 1 628 dəfə oxundu.
Bakı-Quba yolunun bu hissəsi bağlanır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində mövcud yolun paytaxt Bakı istiqamətində olan 51-61-ci km-lik hissəsində rahat gediş-gəlişin təmin olunması məqsədi ilə sabah səhər saatlarından asfalt-beton örtüyünün aşınma layının döşənməsi işlərinin icrasına başlanılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, işlərin aparıldığı ərazidə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

Asfaltlanma işləri aparılan müddət ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək. Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri yerinə yetiriləcək.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

скачать dle 12.1

Şərhlər