SON DƏQİQƏ
» » Saxlanılacağınl bilə-bilə Ruben niyə "Laçın"dan keçdi?

Saxlanılacağınl bilə-bilə Ruben niyə "Laçın"dan keçdi?

Tarix:

27-09-2023, 20:16

/ 1 154 dəfə oxundu.
Saxlanılacağınl bilə-bilə Ruben niyə "Laçın"dan keçdi?

Rəsmi Bakının “qara siyahısı”nda olan Ruben Vardanyan “Laçın” sərhəd-keçid məntəqəsində həbs olunacağını bilirdi. Bunu bildiyi halda “Laçın” postundan keçmək cəhdi maraqlıdır.

Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, burada birdən çox mümkün versiya var:

"Birincisi, Ruben Samvel Babayanın gedişindən sonra şansını yoxlamaq istəyib;

İkincisi, Rubenə “Laçın” postunda həbs ediləcəyi təqdirdə sonradan buraxılması ilə bağlı kimlərsə vəd verib: vədi verən böyük ehtimalla Rusiyadır;

Üçüncüsü, Ruben Rusiya və Avropadakı əlaqələrinə güvənir və hesab edir ki, “dostları” onu darda qoymayacaq.

Vardanyanın həbs riskinə rəğmən, “Laçın” postundan keçmək istəyi də diqqət çəkir. Bunun Xankəndidəki vəziyyətlə bağlı olduğu ehtimalı böyükdür. İstisna deyil ki, yaxın günlərdə separatçılar özlərini buraxacaq və ruslar Rubenə, eləcə də haqlarında cinayət işi açılmış digər separatçılara onları qoruya bilməyəcəklərini deyiblər.

Rubenin qaçmaq üçün özünü riskə atması bundan qaynaqlana bilər"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ