SON DƏQİQƏ

Vardanyan Xankəndindən gedir

Tarix:

23-02-2023, 21:29

/ 2 759 dəfə oxundu.
Vardanyan Xankəndindən gedir

 "Laçın yolundakı etirazın Ruben Vardanyanla əlaqəsi yoxdur".
GunAz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Vardanyan Qarabağı tərk etməyincə onunla mübarizəmiz başa çatmayacaq:
"Etirazın tələbi Qarabağdakı yataqlarda monitorinqə imkan verilməsiylə bağlıdır. Bu tələbimiz yerinə yetirilməyib. Ona görə də Ruben Vardanyan "dövlət naziri" vəzifəsindən istefaya göndərildi deyə etirazın dayandırılması doğru olmaz. Fikrimcə, etiraz Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətimiz yaradıldıqdan sonra başa çatmalıdır.
O ki qaldı Ruben Vardanyana, onun iki seçimi qalıb: ya Qarabağda qalıb bizə problem yaratmaqda davam edəcək, ya da bunun mənasız olduğunu anlayıb maliyyəsini və biznesini idarə edəcək ölkələrdən birinə köçəcək. Ruben Vardanyan Azərbaycan ərazisini tərk etməyənə qədər onunla mübarizəmiz başa çatmayıb".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ