SON DƏQİQƏ
» » Qarabağda Moskvanın gizli senarisi İŞƏ DÜŞDÜ

Qarabağda Moskvanın gizli senarisi İŞƏ DÜŞDÜ

Tarix:

4-11-2022, 22:23

/ 2 571 dəfə oxundu.
Qarabağda Moskvanın gizli senarisi İŞƏ DÜŞDÜ

Xəbər verdiyimiz kimi, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan Xankəndidəki separatçı rejimin "dövlət naziri” vəzifəsini icra etməyə başlayıb. Vardanyan yeni işində geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə "1 nömrəli cinayətkar” olacaq. Təbii ki, onlara komandanlıq edən general Andrey Volkovu geridə qoayaraq…
GunAz.az-ın məlumatına görə, Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçməsinin Moskvanın planı olması versiyası Rusiya və Ermənistan mətbuatında o qədər təkrarlanır ki, artıq hamılıqla qəbul olunub. Əgər bu doğrudursa o zaman Kreml Qarabağda erməni separatizminin ikinci dalğasına başlamaq qərarına gəlib.
Xatırladaq ki, 1998-ci ildə Qarabağda millətlərarası münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün Rusiya Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı devirərək, separatçı hərəkatın liderlərindən biri, terror briqadalarının rəhbəri Robert Roberti hakimiyyətə gətirdi.
İndi də, 34 ildən sonra Moskva "Xankəndindəki öz adamına” – təkcə sözdə deyil, əməldə də fəallıq göstərməyi bacaran Ruben Vardanyana arxalanaraq eyni addımı təkrarlayır.
Görünür, istefada olan Moskva oliqarxı nəinki Arayik Arutyunyanı və onun yaxın çevrəsini sükandan uzaqlaşdırmağa, həm də Rusiya kontingentinin komandiri, general-mayor Andrey Volkovla "ortaq dil” tapmağa nail olub. KİV-in məlumatına görə, Vardanyan Volkova Moskvanın mərkəzində dəbdəbəli mənzil hədiyyə edib, həmçinin rusiyalı generalın qohumlarını onun biznes müəssisələrində işləməsinə şərait yaradıb.
Vardanyanın Xankəndindəki son mitinqi tam maliyyələşdirdiyi, hətta Ermənistandan yüzlərlə insanın avtobusla daşınmasını da öz üzərinə götürdüyü, üstəlik, bunu fiqurlar vasitəsilə etdiyi iddia edilir.Haqqin.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ