SON DƏQİQƏ
» » Lerikin icra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü - Foto

Lerikin icra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü - Foto

Tarix:

12-09-2023, 14:44

/ 4 233 dəfə oxundu.
Lerikin icra başçısı yüksək bal toplayan tələbələrlə görüşdü - Foto

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov ali təhsil müəssisələrinə yüksək bal toplayaraq qəbul olunan gənclərlə görüşüb.
GunAz.az xəbər verir ki, görüşdə aparatın məsul işçiləri, yüksək nəticə əldə etmiş abituriyentlərin məzunu olduğu rayonun ümumtəhsil məktəblərinin direktorları və tələbə adını qazanmış gənclər iştirak ediblər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı yüksək bal toplamış tələbələri təbrik edərək, onlara rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, bu il rayonumuzun orta məktəblərini bitirən məzunlardan 128 nəfər tələbə adını qazanmış və bunlardan 2 nəfəri 600-dən, 11 nəfər isə 500-dən yuxarı bal toplayıb. Onlar aşağıdakılardır:
Türkanə Hüseynli - Azərbaycan Tibb Universiteti;
Əlyar Bayramov - Bakı Ali Neft Məktəbi;
Aksana Ağayeva - Azərbaycan Tibb Universiteti;
Gülnar Hümbətova - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;
Gülnar Səfərova - Bakı Dövlət Universiteti;
Tahir Məmmədzadə - Azərbaycan Dövlət Pedaqoji Universiteti;
Emin Hüseynli - Bakı Dövlət Universiteti Eltun Əsgərzadə - Azərbaycan Dövlət İqtisad Universiteti;
Aytac İman - Azərbaycan Respublikası prezidentinin yanında Dövlət İdarəçilik Akademiyası;
Mobil Mərdi - Dövlət Gömrük Akademiyası;
Aqşin Nuriyev - Bakı Dövlət Universiteti. Qafqazinfo





скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ