SON DƏQİQƏ
» » DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla quda imiş (FOTO)

DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla quda imiş (FOTO)

Tarix:

29-04-2020, 16:33

/ 1 392 dəfə oxundu.
DTX-nın həbs etdiyi Mahir Quliyev bu azərbaycanlı məşhurla quda imiş (FOTO)

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan Biləsuvar rayon icra başçısı Mahir Quliyev məşhur iş adamı hacı İbrahim Nehrəmli (İbrahimov) ilə quda imiş.

Gunaz.az-ın "Ölkə.az”-a istinadən xəbərinə görə, M.Quliyevin qızı hacı İbrahimin oğlu ilə ailəlidir. Cütlüyün toyu 2011-ci ildə baş tutub.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirib.
Artıq İcra Hakimiyyətinin binasına giriş qadağan edilib.

Qeyd edək ki, Mahir Quliyev 2011-ci ildə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ