SON DƏQİQƏ
» » 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü

7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü

Tarix:

7-09-2023, 09:24

/ 1 768 dəfə oxundu.
7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü

Bakının Xəzər rayonu ərazisində 12 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Güclü külək səbəbindən Albalılıq yaşayış massivində yerləşən fərdi evin divara bərkidilmiş darvazası aşıb. Nəticədə dəmir darvaza 2011-ci il təvəllüdlü Amil Cəlilovun üzərinə düşüb.


12 yaşlı oğlan yaxınları tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı araşdırma aparılır.


Qeyd edək ki, A.Cəlilov orta məktəbin 7-ci sinif şagirdi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ