SON DƏQİQƏ
» » Bərdədə 16 yaşlı oğlan faciəvi şəkildə öldü

Bərdədə 16 yaşlı oğlan faciəvi şəkildə öldü

Tarix:

20-07-2023, 09:48

/ 1 598 dəfə oxundu.
Bərdədə 16 yaşlı oğlan faciəvi şəkildə öldü

Bərdədə sərnişin traktordan yıxılaraq ölüb.

Hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikanın yedeyində olan sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Davud Saleh oğlu Paşayev yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.
скачать dle 12.1

Şərhlər