SON DƏQİQƏ

Tərtərdə ağır qəza - Ölənlər var

Tarix:

31-05-2023, 10:08

/ 1 655 dəfə oxundu.
Tərtərdə ağır qəza - Ölənlər var

Tərtərdə avtomobil ağaca çırpılıb, ölənlər var.

Hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Qoşqar Quluzadənin idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Daha sonra maşın ağaca çırpılıb. Nəticədə sürücü xəsarət alıb, sərnişinləri - 1999-cu il təvəllüdlü Röyal Quluzadə və 2004-cü il təvəllüdlü Emilla Ziyadova hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır//metbuat.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ