SON DƏQİQƏ

Vartan, Dartan, Zartan

Tarix:

6-09-2023, 19:10

/ 6 633 dəfə oxundu.
Vartan, Dartan, Zartan

   Ədib İSAOĞLU
 Allah sənə rəhmət eləsin Cəfəralı əmi. Cəfəralı əmi bizim kəndin hazırcavab şairiydi, bütün şeirlərini bədahətən deyərdi.
 Tək kəndimizdə yox, elə Şərur mahalında tanınan kişi idi. Rəhmətlik bir gün Sarıbulaq yaylağında ot biçirmiş, qədim kəndlərimizdən biri olan Almalı kəndində (Zəngəzur ərazisindədir) yaşayan erməni ordan keçirmiş, Cəfəralı əmini görən erməni kişiyə sataşmaq istəyir:
    - Ara yorulmayasan.
    - Xoş gəldin. 
    - Ara adın nədir?
    - Cəfəralı.
    - Ara siz Türklər niyə iki adı birləşdirib qoyursunuz? Ara ya Cəfər qoyardılar ya da Alı da.
Özünü söz duelində qalib hiss edən erməni gülümsəyir. Hazırcavab Cəfəralı əmidə qayıdar ki:
    - Ayə ay erməni, bizim sərvətimiz, ərazimiz kimi, adımız da boldu. Ona görə də. adları qoşalaşdırıb qoyuruq. Ta sizin kimi, cəmisi üç adınız var, Vartan, Dartan, Zartan.
Deyilənə görə həmin bu Vartan çox pərt vəziyyətdə arxasına belə baxmadan yola düzəlib, amma dodağının altında mızıldanırmış "eybi yox, qoy sərvət, ərazi sizin olsun yeyən də, yaşayanda biz olaq".
Cəfəralı əmi isə yenə də dodaqaltı öz şeirini bədahətən oxumağa başlayır:
İnəy öldü yerə qoydum,
erməninin dərisin soydum.
Rizvanın qarpızın yeyib doydum,
Qabığın da Vartana qoydum

    Sərvət, ərzaq, ərazi demişkən nə oldu bizim ərazimizdə yaşayıb, sərvətimizi talan edib əsgərimizi şəhid edən vartanlara göndərdiyimiz ərzaq karvanının aqibəti? 
Eşitdiyimə görə iki ayaqlarını dirəyiblər bir papışa ki, bu 40 ton unu biz necə pişirəcəyik? Ya bunun mavi qazınıda verməlisiniz yada pişirib göndərməlisiniz. Vallah qulaq günahkarıyam deyilənə görə qaz məsələsini eşidən SOCAR nətəri sevinibsə, sevincindən qəşş eləyib. Əslində SOCARın haqqını itirməyək 40  ton unu pişirməkdənsə, qazı vermək daha da məqsədə uyğun deyilmi?
    Bu arada erməni politoloq, həm də Türkoloq Varujan Qeqamyan da yaman şübhəyə düşüb balam. Ya yuxuda görüb ya da reallıqda gördüklərini belə analiz etməyə çalışıb ki, bəs Azərbaycan tezliklə Laçından Naxçıvana doğru hücum edərək, 30 km olan məsafəni 2 saata alıb təp-təzə bir koridor açacaq. Nə deyim yuxun və ya analizlərin çin olsun Vartan.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ