SON DƏQİQƏ

Unudulmayan PİS ƏDA

Tarix:

23-08-2023, 21:10

/ 6 230 dəfə oxundu.
Unudulmayan PİS ƏDA

Ədib İSAOĞLU
  Sovet hökümətinin kasıb vaxtlarında, (əslində sovet höküməti bizim respublika üçün elə bütün dönəmlərdə kasıb oldu. İki milyon beş yüz minllik erməniylə, yeddi milyon beş yüz minlik Azərbaycan əhalisinin büdcəsi Moskva tərəfindən eyni bölünürdü) kolxozlarda kəsilən öküzün, camışın dərilərini qurudub, aşa qoydurub, gön kimi əhaliyə çarıq tikmək üçün paylanırdı. 
Bir gün xolxozda qəlb öküz kimi tanınan zol-zol (zolaqlı) öküzün kəsilməyinə fətva verirlər, çünki bu zol-zolun heç bir işin öhdəsindən gələ bilmədiyi cəhənnəmə, əksinə ferma işçilərini və onu arabaya, cütə, vələ qoşanlarıda buynüzlamağıyla da məhşur imiş. Sən demə bu zol-zol merətə qalmış öküzdən mənim Vəli babamda bir neçə dəfə nəsibin alıbmış, yəni kişini ağıllı başlı qorxuzubmuş. Nə isə zol-zol kəsilir, ətinin yarıdan çoxu kolxoz sədirinə və yekə müftəxorlara, qalanı da kənd əhlinə paylanandan sonra novbə gəlir dərinin qurudulub gön şəkilində kolxoz işçilərinə paylanmasına. 
Öz dadlı duzlu söhbətləriylə məhşur olan Vəli babamda payına düşən bir parça gönü götürüb özünə qəşəng bir çarıq tikir. Vəli babam çarığı ayağına dürtər-dürtməz kənd içinə çıxır, kənd içində tay-tuşları babama sataşmaq məqsədiylə deyirlər:
    - Ayə, a Vəli təzə çarığın mübarək olsun ayağına yaxçıca otururmu?
Vəli bababda qayıdır ki:
    - Ayə, a uşaqlar oturmağına oturur eyy, ancaq bu zol-zolun ədaları yadıma düşəndə, bu çarığı məndə sizin başınıza oturtmaq istəyirəm.
    İndi canım sizə desin ay mənim əzizlərim, açırsan televizyonu baxırsan ki, ölkə başçısının iştirak etdiyi hər hansı bir müşavirə, icilasda hansı vəzifəyəsə bir təqdimat var. O müşavrədəki, iclasdakı və yaxud təqdimatdakı məmur sual işarəsinə dönərək dövlət başçısının verdiyi tapşırıqları canla başla yerinə yetirəcəyinə söz verir. Bizdə həmin məmura baxaraq düşünürük, ay Allah gör necə tər-təmiz məmurdur. Sən belə çiçək məmurları bizdən əsirgəmə ey ulu yaradan. Bu çiçək məmur kresloya sərilər-sərilməz dönür olur əfi ilan. Verilən tapşırıqlar qalır qırmızı masanın çəkməcəsində.
    Və sonda belə məmurların televizyondakı hərəkətiylə reallığı görəndə rəhmətlik Vəli babamın sözü düşür adamın yadına.
    Elə edin ki, pis ədanız olmasın cənab məmurlar.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ