SON DƏQİQƏ
» » AZƏRBAYCAN ELMİNİN VƏ MƏDƏNİYYƏTİNİN BÖYÜK HAMİSİ - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

AZƏRBAYCAN ELMİNİN VƏ MƏDƏNİYYƏTİNİN BÖYÜK HAMİSİ - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Tarix:

22-06-2023, 17:46

/ 2 828 dəfə oxundu.
AZƏRBAYCAN ELMİNİN VƏ MƏDƏNİYYƏTİNİN BÖYÜK HAMİSİ - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Qafar Əliyev

YAP Qaradağ Təşkilatının sədri

Xalqımızın Ümumilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həm keçmiş sovet dönəmində, həm də müstəqilliyin bərpasından sonrakı illərdə elmimizin və mədəniyyətimizn inkişafını daim xüsusi diqqətdə saxlamış, millətimizin siması olan ziyalılara böyük diqqət və qayğı ilə yanaşmışdır.
"XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər”, - deyən müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev ədəbiyyatımızın, mədəniyyət nümunələrimizin insanlara böyük təsirini xüsusi qeyd etmişdir. Bu böyük şəxsiyyət həmin vasitələrin insanların mənəviyyatına, tərbiyəsinə, əxlaqına, fikirlərinin formalaşmasına göstərdiyi təsiri həmişə yüksək qiymətləndirmişdir.
Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə doğma Vətənimizin iqtisadi tərəqqisinə çalışmaqla yanaşı, zəngin mədəniyyətimizin və ədəbiyyatımızın inkişafına da xüsusi diqqətlə yanaşmış, gələcək nəsillərin formalaşması üçün möhkəm baza formalaşdırmışdır. Ümumilli lider çox gözəl başa düşürdü ki, hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə onun milli-mənəvi dəyərlərində öz əksini tapır. Mənz buna görə də 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər ilk görüşünü məhz ziyalılarla keçirmişdi. Ümummilli lider milli-mənəvi dəyərlərimizi, dilimizi qorumaqla yanaşı, tariximizin, ədəbiyyatımızın gənc nəsil tərəfindən öyrənilməsini xüsusi diqqətdə saxlamışdır.
Müasir dövlətimizin son 20 ilində Prezident İlham Əliyev bu kursu uğurla davam etdirmiş, həmin sahələrə dövlətin qayğı və diqqətini qoruyub saxlamışdır. "Müstəqillikdən əvvəl bizi millət kimi qoruyub saxlayan milli dəyərlərimiz, milli ənənələrimiz, ana dilimiz, ədəbiyyatımız, musiqimiz olub”- deyən dövlətimizin başçısı da bu sahələrin inkişafına daim dəstək vermişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanda 2019-cu il "Nəsimi ili", 2021-ci il "Nizami Gəncəvi İli" elan edilmişdir. Bu sərəncamlar böyük Azərbaycan mütəfəkkirləri İmaməddin Nəsiminin və Nizami Gəncəvinin irsinə verilən böyük qiymət olmaqla yanaşı, bu dahi şairlərin yaradıcılığının Azərbaycan xalqının mənəviyyat xəzinəsində yerinin daha geniş təbliğinə, onun gənc nəslə çatdırılmasına xüsusi şərait yaratmışdır. Bununla yanaşı, dahi klassiklərimiz C.Məmmədquluzadənin, Ü.Hacıbəylinin, M.Maqomayevin, S.Vurğunun, C.Cabbarlının, M.S.Ordubadinin, Aşıq Ələsgərin yubileyləri məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş, bir çoxunun ev-muzeyləri yaradılmışdır. Hazırda həmin ev-muzeylərində Azərbaycan xalqının dahi şəxsiyyətlərinin zəngin irsi və yaradıcılığı geniş təbliğ edilir. Dövlətimizin başçısı İlham Əliyevin 2019-cu ili "Nəsimi ili", 2021-ci ili "Nizami Gəncəvi İli" elan etməsi Ulu Öndərin bu istiqamətdə gördüyü işlərin ən uğurlu davamıdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ