SON DƏQİQƏ
» » Bu müəllimlər imtahanda yüksək nəticə topladı

Bu müəllimlər imtahanda yüksək nəticə topladı

Tarix:

20-06-2023, 18:58

/ 3 089 dəfə oxundu.
Bu müəllimlər imtahanda yüksək nəticə topladı

Bu gündən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sertifikatlaşdırma prosesinin test mərhələsində Salyanın Salman Cəfərova adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyeva və paytaxtın 2 saylı tam orta məktəbinin müəllimi Şahinə Məmmədova 60 bal toplayaraq günün ən yüksək nəticəsini göstərib.

Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək.

Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ