SON DƏQİQƏ
» » Sertifikasiya imtahanı verəcək müəllimlərin sayı...

Sertifikasiya imtahanı verəcək müəllimlərin sayı...

Tarix:

19-06-2023, 15:09

/ 1 645 dəfə oxundu.
Sertifikasiya imtahanı verəcək müəllimlərin sayı...

Sabah 28 min müəllim sertifikasiya imtahanı verəcək.

Bunu Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

Onun sözlərinə görə, onlardan 8500 nəfəri Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfəri isə ibtidai sinif müəllimləridir.

Direktor bildirib ki, sabah gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

R.Əzizov söyləyib ki, yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək: "Onlara göndərilən dəvətlər ləğv olunub".

Xatırladaq ki, Elm və Təhsil Nazirliyi tərəfindən sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ