SON DƏQİQƏ

Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ

Tarix:

8-06-2023, 08:31

/ 2 775 dəfə oxundu.
Bu yollardan istifadə edənlərin NƏZƏRİNƏ

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, "20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

 

 

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur

скачать dle 12.1

Şərhlər