
Bakıdan Tehrana həyata keçirilən uçuşların ləğv edilməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
"İrana uçuşlar adi qaydada həyata keçirilir", - deyə aeroportdan bildiriblər.
Qeyd edək ki, İran XİN-ə yaxınlığı ilə tanınan "Mizan" informasiya agentliyi Azərbaycandan İrana bütün aviareyslərin bu gündən ləğv edildiyi, hətta AZAL-ın bilet alan sərnişinlərə biletini qaytarmaq üçün müraciət etdiyi haqda məlumat yaymışdı