SON DƏQİQƏ

AZAL sərnişinlərə müraciət etdi

Tarix:

20-12-2022, 14:01

/ 1 921 dəfə oxundu.
AZAL sərnişinlərə müraciət etdi

Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı maşrutu üzrə 255/257 və 256/258 nömrəli reysləri üçün sərnişinlər bu gün hava limanına yaxınlaşmalıdırlar.

Bu barədə AZAL məlumat yayıb.

 

Məlumata görə, Bakıdan uçuşlar saat 14:20, 15:00 və 17:10-da, Naxçıvandan isə uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

"AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq. Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək", - deyə aviaşirkət bəyan edib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ