SON DƏQİQƏ

Seçkilərin sədəməsi.

Tarix:

17-05-2023, 21:30

/ 3 851 dəfə oxundu.
Seçkilərin sədəməsi.

 Ədib İSAOĞLU
Qardaş Türkiyədə keçirilən seçkinin sabahı bankların birində bir balaca işim olduğu üşün Banka girməli oldum. (Ağlınıza gəlməsin ha cənab Ərdoğanın təbliğatı üçün mənə göndərdiyi lirələri dəyişdirirdim). Bankda sıra götürüb növbələrini gözləyən iki adamın yanında oturub məndə öz növbəmi gözləməyə başladım. Qeyri-ixtiyari bu iki kişinin söhbətinə qulaq asmalı oldum. Yəni qulaq asmamaq əldə deyildi çünki elə mübahisə edirdilər ki, tək mən yox çox adam bunlara marıtlamışdır. Mövzu isə dünən Türkiyədə keçirilən  seçkilər idi. Bunların biri Ərdoğanı, digəri də Kılıcdaroğlunu müdafiə edirdilər. Ərdoğanı müdafiə edən o qədər emosianal danışırdı ki bir anlığa Ata Abdullayev gözümdə canlandı.
    - Ə, bıra bax görüm sənin o xənçəroğlu (rəqibi düzəliş edir: ə adam balasısan ə, kişinin adını düz de Qılıncoğlu) nümayəndəsidi, nə bilim nə tulasıdı, Fateh Mandalin (rəqib yenə düzəldir ə portağal ə) ə nə zad olur olsun demədi ki Azərbaycandan bizə dost olmaz, hi?
Sənölmüyəsən baxdım bu sual rəqibin pişiyini dırmadı ağacın lap kəlləsinə. Yoldaşının susqunluğunu hiss edən rəqibi qılıncını çıxarıb dorğuya-dorğuya bir də keçdi hücuma.
    - Ancaq Erdoğan abinin sayəsində itib batmış dinimizə qayıtdıq,  Qarabağı ermənidən alıb özümüzə  qaytardı, Zod qızıl yatağını sumbatın əlindən alıb özümüzə verdi, nəftimizi o. kişinin hesabına dünya bazarına çıxardıb baha qiymətə satırıq, böyün-saba Zəngəzur yolunu aça... onu dəqiq bilmirəm.
Rəqib elə bil yatmış idi oyandı.Bu dəfədə bu Sərdar Cəlaloğlu kimi cavab verdi.
    - Əəəə, indi deyirsən sən yaxçı yaşıyırsan?
    - Həəə, bax belə super yaşıyıram. Deyib baş barmağını dikəldib az qala soxacaydı rəqibinin gözünə.
    - Ə sən bura (bankı işarə edir) nəyə gəlibsən?
    - Gəlmişəm kredit götürüb, biraz borcum var onu ödüyəm.
Bankda olanlar şaqqanaq çəkib güldülərsə ta söhbətin dalını eşidə bilmədim.
    Ərəbində allahı sizin bəlanızı verməsin Kılıcdaroğluyla, Fatih az qala yetişməmiş sözlərinizlə iki ölkə arasında kriz çıxardacaydınız.
    Əşi mənim belə siyasi şeylərdən başım çıxmaz. Durum gedim qışdan qalma bir az almam var onu əzim töküm çəlləyə qıcqırdıb araq çəkim. Pul da yoxdu ki gedib zavod arağı alım?.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ