SON DƏQİQƏ
» » Türkiyədən 4 nəfərin nəşi Azərbaycana gətirildi

Türkiyədən 4 nəfərin nəşi Azərbaycana gətirildi

Tarix:

13-02-2023, 12:35

/ 3 203 dəfə oxundu.
Türkiyədən 4 nəfərin nəşi Azərbaycana gətirildi

Türkiyənin Qəhrəmanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan vətəndaşlarla bağlı hələlik yeni məlumat yoxdur.

Bunu Oxu.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, bu gün zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyəsi gözlənilmir:

"Bu barədə dəqiq məlumat axşama doğru bilinəcək”.

A.Hacızadə əlavə edib ki, zəlzələdə ölən dörd nəfərin nəşi Azərbaycana gətirilib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son məlumatına görə, baş verən hadisə zamanı beş azərbaycanlı həlak olub.

Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərarı alınıb.

скачать dle 12.1

Şərhlər