SON DƏQİQƏ
» » XİN TƏSDİQ ETDİ: Azərbaycan vətəndaşı zəlzələdə həlak olub

XİN TƏSDİQ ETDİ: Azərbaycan vətəndaşı zəlzələdə həlak olub

Tarix:

7-02-2023, 20:57

/ 2 964 dəfə oxundu.
XİN TƏSDİQ ETDİ: Azərbaycan vətəndaşı zəlzələdə həlak olub

Türkiyədəki zəlzələdə bir Azərbaycan vətəndaşı - 1980-ci il təvəllüdlü Nailə Bünyatovanın həlak olduğu dəqiqləşib.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Zəlzələ nəticəsində 3 703 nəfər həlak olub, 22 286 nəfər xəsarət alıb.

скачать dle 12.1

Şərhlər