SON DƏQİQƏ

Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Tarix:

3-02-2023, 17:09

/ 3 278 dəfə oxundu.
Bu avtobusların hərəkət sxemi dəyişdirildi

Fevralın 5-də saat 09:00-dan 16:00-dək Bakıda, Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar dörd marşrutun hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

скачать dle 12.1

Şərhlər