SON DƏQİQƏ

Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

Tarix:

13-05-2022, 15:45

/ 2 362 dəfə oxundu.
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ

Bakı Marafonu-2022 tədbiri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq mayın 15-də paytaxtda 23 marşrutun hərəkət sxeminə dəyişiklik ediləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Dəyişikliklər aşağıdakı kimi olacaq:

- 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y.Səfərov küçəsi istiqamətində dəyişdirilərək Puşkin-Nizami-Y.Səfərov küçələri ilə təşkil ediləcək,

- 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi "28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək,

- 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə - yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) - "İçərişəhər" metro stansiyası və Axundov bağı-"Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək,

- 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. ("Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq-A.Şaiq-Ş.Bədəlbəyli-D.Əliyeva-Puşkin-Nizami-Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək,

- 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil-İstiqlaliyyət-Azərbaycan pr.-Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək,

- 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək,

- 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva-Nizami-Y.Səfərov küçələri ilə təşkil ediləcək,

- 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək,

- 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun-Ş.Bədəlbəyli-R.Behbudov-S.Əsgərova küçələri ilə təşkil ediləcək,

- 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç.-Ş.Şamil küç.-İstiqlaliyyət küç.-Azərbaycan pr. ilə təşkil ediləcək,

- 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək,

- 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ