SON DƏQİQƏ
» » Qərbi Azərbaycana qayıtmaq istəyənlər bunu etməlidir

Qərbi Azərbaycana qayıtmaq istəyənlər bunu etməlidir

Tarix:

26-01-2023, 18:36

/ 2 075 dəfə oxundu.
Qərbi Azərbaycana qayıtmaq istəyənlər bunu etməlidir

Ermənistan hökuməti Qərbi Azərbaycana qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır.

Bu, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yanvarın 26-da keçirilən iclasında "Qayıdış Konsepsiyası”nın layihəsi təsdiq edilib. Qayıdış Konsepsiyası” əsas məramı indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan "Qərbi Azərbaycan İcması”nın bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.

Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ