SON DƏQİQƏ

Səlim Müslümovun məhkəməsi təxirə salındı

Tarix:23-01-2023, 18:53 Oxunub:2 858

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Belə ki, təqsirləndirilən şəxsin vəkili Ayxan Rüstəmzadə məhkəmənin təxirə salınmasını istəyib. O, bunu 2 həftəlik ölkə xaricində ezamiyyətdə olacağı ilə əlaqəndirib.

Məhkəmə qısa müşavirədən sonra xahişi qəbul edib.

Növbəti iclası fevralın 6-na təyin olunub

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<