SON DƏQİQƏ

Səlim Müslümov ölüm ayağındadır- ŞOK

Tarix:

26-05-2022, 11:28

/ 2 171 dəfə oxundu.
Səlim Müslümov ölüm ayağındadır- ŞOK

Bir neçə gün əvvəl səhhətindəki problemlə bağlı türmədən müalicə müəssisəsinə köçürülən sabiq nazir Səlim Müslümov bu gün Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Məhkəmənin belə qərar verməsinə səbəb sabiq nazirin durumunun ötən gün kəskin pisləşməsidir.

S.Müslümovun müalicə olunmasının mümkünsüzlüyü məhkəmənin belə bir humanist qərarına səbəb olub.

Qeyd edək ki, bir neçə gün öncə S.Müslümovun atası Yanvar Müslümov mediaya açıqlama verərək, oğlunun təzyiq və şəkərdən əziyyət çəkdiyini və səhhətinin pisləşdiyini bildirmişdi. Buna baxmayaraq, S.Müslümovun dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyi rəsmən açıqlanmayıb.

скачать dle 12.1

Şərhlər