SON DƏQİQƏ
» » Sınaq imtahanlarının qiyməti niyə bahalaşır?

Sınaq imtahanlarının qiyməti niyə bahalaşır?

Tarix:

29-11-2022, 18:10

/ 2 130 dəfə oxundu.
Sınaq imtahanlarının qiyməti niyə bahalaşır?

Kurslarda və digər sınaq imtahanı keçirilən yerlərdə qiymətlərin baha olmasının başlıca səbəbi Dövlət İmtahan Mərkəzinin (DİM) bazara təqdim etdiyi qiymətlərdir.

Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov sınaq imtahanlarının qiymətinin yüksək olması ilə bağlı danışarkən deyib.

"Qiymət artımına səbəb kimi kağız daşıyıcılarının qiymətinin qalxmasını və ya yeni model sualların yoxlanılmasını göstərirlər. Amma bunlar qiymətlərin artmasına səbəb ola bilməz.

DİM sınaq və qəbul imtahanlarının qiymətini 2016-cı ildən 2 manatdan 40-50 manata qədər artırdı. Bu da digər sınaq imtahanı keçirən qurumlara fürsət oldu. Hazırki qiymətlərə birbaşa DİM-in təqdim etdiyi qiymətlər təsir göstərir. Bu qurumlar kommersiya xarakterlidir. Hazırlıq kursları az xərc çəkib, çox gəlir əldə etmək istəyirlər. Əgər DİM sınaq imtahanlarının qiymətini ucuzlaşdırsa, bazarda qiymət ciddi şəkildə aşağı düşəcək”, - ekspert bildirib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ