SON DƏQİQƏ
» » DİM sınaq imtahanlarının nəticələrini açıqladı

DİM sınaq imtahanlarının nəticələrini açıqladı

Tarix:

20-12-2021, 19:29

/ 1 289 dəfə oxundu.
DİM sınaq imtahanlarının nəticələrini açıqladı

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üzrə dekabrın 19-da keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Bu barədə Mərkəzdən məlumat verilib. Bildirilib ki, hazırda imtahan materiallarının emalı aparılır.

Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ