SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

İrəvan Bakının qırmızı xəttini tapdaladı- BUNDAN SONRA NƏLƏR OLACAQ?

Tarix:24-11-2022, 13:02 Oxunub:1 871

Qərb və Rusiya üzdə də olsa Azərbaycanla Ermənistan arasında sülh istəyir. Guya onlar da sülhyaratma prosesinin tərəfdarlarıdır. Amma Kremldən fərqli olaraq sülhü səmimi surətdə istəyir. Bəs Nikol Paşinyan sülh istəyirmi? Bu suala cavab vermək çox çətindir. Əvvəllər Ermənistanın baş naziri özünü bir qədər "sülh göyərçini” kimi təqdim etməyə çalışırdı, amma indi sözün əsl mənasında "şahin” obrazında "zühur edib”. Paşinyanın kimlərdən təlimat aldığını bir qədər demək çətindir. Bu məsələdə ilk növbədə Rusiyanın, müəyyən qədər Fransanın adını çəkmək lazım gəlir”.

Bunu politoloq Qabil Hüseynli deyib.

Ermənistan ordusunun qalıqlarının Şuşa və Tərtəri iki ildən sonra ilk dəfə olaraq atəşə tutmasına münasibət bildirən politoloqun fikrincə, ermənilərin axırıncı təxribatları heç bir beynəlxalq normaya sığmır:

"Ermənilər Şuşa və Tərtəri atəşə tutmaqla "qırmızı xətti" tapdaladılar. Onların bu addımının arxasında kənar təsirlərin olması aydın görünür. Üstəlik, Ermənistan Azərbaycandan KTMT-yə şikayət etmək istəyir. Ermənistanın baş naziri bununla Rusiya prezidentinə sübut etməyə çalışır ki, atəşkəs rejimini ermənilər yox, guya Azərbaycan pozur
Paşinyan Putinə bununla onu demək istəyir ki, atəşkəs rejiminə nəzarət etmək üçün lazımı texniki avadanlıqlar yoxdur. Üstəlik, atəşkəsə nəzarətə edəcək "ciddi qurumlar” mövcud deyil – mesajını verməyə cəhd göstərir. Ermənistan tərəfinin güclü informasiya dəstəyi var və bu məsələlərdə ilk növbədə onlar önə düşürlər. Onlar da hər şeyi özlərinə sərf edən formada təqdim etməyə nail olurlar. Bütün bunlar sülhyaratma prosesini daha da çətinləşdirir.

Belə olan halda, gündəmə müharibə, ən azından lokal anti-terror əməliyyatları məsələsi önə çıxır. Bunun həyata keçirilməsi indiki həssas məqamda o qədər də asan deyil. Çünki bütün beynəlxalq müşahidə missiyalarının diqqəti hazırda bölgəyə yönəlib. Əgər Şuşa və Tərtər də atəşə tutulursa, Qarabağın dağlıq hissəsindəki ermənilər də müharibə istəyirlərsə, o zaman onlara cavab vermək lazım gələcək”.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<