SON DƏQİQƏ
» » Vətən xainləri layiqli cəzalarını alacaqlar- ÖZƏL

Vətən xainləri layiqli cəzalarını alacaqlar- ÖZƏL

Tarix:

15-11-2022, 18:38

/ 1 846 dəfə oxundu.
Vətən xainləri layiqli cəzalarını alacaqlar- ÖZƏL

Bəllidir ki, dünyada  Azərbaycanın dövlət müstəqilliyini həzm edə bilməyən qüvvələr mövcuddur. Ən təhlükəlisi daxilimizdə sapı özümüzdən olan baltalar-5-ci kolondur. Onların   cəmiyyətimizdə müxtəlif sahələrə sızıb özlərinə əlverişli mövqe tutmaları və Vətənə  xəyanət etmələri üçün öz ağalarından-sahiblərindən komanda gözləmələri istisna edilmir".

Bunu Olaylar.az-a açıqlamasında Turan  Araşdırma  Mərkəzi İB-nin sədr müavini Cavid İsmayıl deyib.

"Elə bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vətənimizə qarşı həyata keçirilən kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində aparılan  növbəti uğurlu əməliyyat nəticəsində Allah evlərinə donuz bağlayanlara qucaq açan, qərbin islam adı altında qurduğu ağ əmmaməli keşiş dövləti olan İrana casusluq edən 5 Vətən xainin saxlanılması buna bariz nümunədir.

Bəli, bunlar Vətənə, Dövlətimizə, Dövlətçiliyimiz və bütün dəyərlərə xəyanət edən,  şərəfini, ləyaqətini pula satan əxlaqsızlardır. Belələri pula nələri olsa satar və bir an belə təəssüflənməz.

 

Eyni zamanda saxlanılanlardan birinin çox strateji bir sahədə kifayət qədər yüksək posta sahib olması ciddi suallar yaradır və zənnimcə bir sıra istiqamətdə müəyyən təxirəsalınmaz işlərin aparılmsınının zəruriliyini bir daha göstərir.

Unutmamalıyıq ki, belə xainlərin bütün sahələrdə olmaları istisna deyil. Doğrudur belələri zaman-zaman xamelyon kimi rəng dəyişsələr də, mən əminəm ki, xüsusi xidmət orqanları tərəfindən tapılıb  layiqli cəzalarını alacaqlar. Mütləq alacaqlar.

Tanrı Vətənimizi, Dövlətimizi qorusun! Dövlətimizin təhlükəsiziliyinin keşiyində gecə və gündüz duran adsız qəhrəmanlarımıza eşq olsun."

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ